Mirzoyan Hakan Fidanla telefon danışığı apardı

Mirzoyan Hakan Fidanla telefon danışığı apardı
DÜNYA
19:56 09.10.2026
103
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Türkiyənin xarici işlər naziri Hakan Fidan cümə günü telefon danışığı aparıblar.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirlər Ermənistanla Türkiyə arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər. Həmçinin regional əməkdaşlıq mövzusunda fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, bir gün əvvəl Ararat Mirzoyan iranlı həmkarı Abbas Əraqçi ilə də telefon danışığı aparıb. Tərəflər Tehranda əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.
 
///modern.az///
OXŞAR XƏBƏRLƏR