Misir Mərdanov: “Şagirdlərin müəllimi təbrik etməsində qəbahət yoxdur”

GƏNCLİK
10:59 02.03.2011
2006

Onun fikrincə, hər kəs öz müəlliməsini arzu və istəyinə uyğun olaraq bu və ya digər şəkildə təbrik edə, hədiyyə ala bilər. Bununla belə, nazir bildirib ki, istər 8 mart bayramı ərəfəsində, istərsə də digər bayramlarda məktəblərdən pul yığılması təhsil sisteminə zərbə vurmamalı, müəllim nüfuzuna xələl gətirməməlidir: “Mən məktəblərdə hər hansı ad altında şagirdlərdən, valideynlərdən pul yığılmasının əleyhinəyəm. Bununla belə, kimsə öz müəllimini təbrik etmək istəyirsə, burada da qəbahət yoxdur. Yəni, belə hallar təhsilin, müəllimin, məktəbin nüfuzuna xələl gətirməməlidir”.

 

OXŞAR XƏBƏRLƏR