Misir Mərdanov 70 yaşlı direktorların müdafiəsinə qalxdı
Bütün Xəbərlər
12:31 14.10.2011
1527
“Hazırda Azərbaycanda elə məktəb direktoru var ki, 70 yaşı var. Amma yaradıcıdır, məktəbin inkişafı ilə bağlı çox ciddi düşünür və müəyyən proqramlar həyata keçirir, onu niyə işdən çıxaraq? Qanunların verdiyi imkan daxilində biz 65 yaşlı insanları öz vəzifəsində saxlayırıq”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, ümumtəhsil məktəblərində yaşı 65-dən yuxarı olan hər bir müəllimin şəxsi işi və əldə etdiyi nailiyyətlər araşdırılır və bundan sonra qərar verilir: “Qanun özü imkan verir ki, ilbəil müqaviləni uzatmaqla həmin adamın səlahiyyətini davam etdirək. Yanaşma birdir, bu, həm Bakıya, həm də rayonlara aiddir”.