Misir Mərdanov danışdı: 'Azərbaycanda rus liseyləri yaradılsın'

Misir Mərdanov danışdı:
Bütün Xəbərlər
16:04 01.06.2012
1758
Azərbaycanın təhsil naziri Misir Mərdanov ölkədə rus liseylərinin yaradılmasını təklif edib. AZXEBER.COM-unTəhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Mərdanov bu təkliflə MDB məsələləri üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə çıxış edib. Onun sözlərinə görə, son zamanlar ölkəmizin orta ümumi təhsil məktəblərində rus dilinə maraq artıb, ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq, hazırda rus dilinin öyrənilməsinə diqqət güclənib. Ali məktəblərdə rus dili ilə bağlı problemin olmadığını, eləcə də Bakı şəhərindəki məktəblərdə rus dilinin tədrisinin yüksək səviyyədə aparıldığını diqqətə çatdıran Mərdanov rayonlarda fəaliyyət göstərən rusdilli məktəblərdə tədris səviyyəsinin yüksəldilməsi üçün müvafiq işlər görməyin zəruriliyini vurğulayıb. Təhsil naziri gələn tədris ili üçün rus dilinin tədrisi proqramının hazırlanmasını da təklif edib. MDB məsələləri üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçev Azərbaycanda rus dilinin tədrisi vəziyyətindən razı olduğunu deyib. O, hər hansı bir ölkədə rus dilinin inkişafı üçün praktiki iş və peşəkar mütəxəssislərin tələb olunduğunu qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
17:51 11.08.2025
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
Növbəti iki gündə külək güclənəcək
17:42 11.08.2025
Növbəti iki gündə külək güclənəcək
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
17:34 11.08.2025
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
17:24 11.08.2025
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
17:23 11.08.2025
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
17:22 11.08.2025
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
17:20 11.08.2025
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarını qaldırılmayacağını təsdiq ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarını qaldırılmayacağını təsdiq ediblər
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
17:18 11.08.2025
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
Azərbaycanla Ermənistan müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün razılaşmalar bağlaya bilər
17:18 11.08.2025
Azərbaycanla Ermənistan müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün razılaşmalar bağlaya bilər
XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb
17:17 11.08.2025
XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb
Bu ərazilərdə işıq olmayacaq
17:14 11.08.2025
Bu ərazilərdə işıq olmayacaq
Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər
17:08 11.08.2025
Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər
Röya Ayxanın atası vəfat etdi
16:51 11.08.2025
Röya Ayxanın atası vəfat etdi
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,6 milyard avro köçürüb
16:41 11.08.2025
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,6 milyard avro köçürüb