Misir Mərdanov məktəblərin istilik problemindən danışdı

Misir Mərdanov məktəblərin istilik problemindən danışdı
Bütün Xəbərlər
14:55 20.09.2012
1054
Azərbaycanda rayonların, kəndlərin qazlaşdırılması işinin sürətlənməsi orta məktəblərin istiliklə təminatına da yaxşı təsir edir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov cümə axşamı jurnalistlərə deyib."Son illərdə rayonların, kəndlərin qazlaşdırılmasına cox ciddi diqqət yetirilir. Bunun da nəticəsində təhsil müəssisələrinin istiliklə təminatı yaxşılaşır", - nazir əlavə edib.O qeyd edib ki, artıq təhsil müəssisələrində payız, qış mövsümü ilə bağlı yarana biləcək problemlərin sayı azalır. Bununla bağlı müvafiq qurumlar tərəfindən də işlər aparılır.
OXŞAR XƏBƏRLƏR