Misir Mərdanov Məleykə Abbaszadəyə: "Bu məsələləri şouya çevirməyə ehtiyac yoxdur"

Misir Mərdanov Məleykə Abbaszadəyə: "Bu məsələləri şouya çevirməyə ehtiyac yoxdur"
Bütün Xəbərlər
17:58 14.12.2011
2370
“Ölkənin təhsil siyasətini aparan qurum var. Dərslikləri qiymətləndirən şura var. O şuranın qeydiyyatından keçməyən və qrif verilməyən dərsliklərdən istifadə olunmasını düzgün hesab etmirəm”. Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov bunu orta məktəb dərsliklərində səhvlərlə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iddialarına cavab olaraq bildirib. M.Mərdanov deyib ki, belə məsələləri mütəxəssislərlə müzakirə etmək lazımdır: “Bu məsələləri şouya çevirməyə ehtiyac yoxdur. Bütün məsələləri işi bilən adamlar, mütəxəssislər deməlidir. Mütəxəssis olmayanın nəyisə səhv, nəyisə düz olmasını deməsi qeyri ciddi məsələdir”. “Mən bir riyaziyyatçı kimi deyə bilərəm və istənilən məclisdə sübut edə bilərəm ki, orta məktəblərdə mərkəzləşmiş qaydada keçirilmiş imtahanlar özünü doğruldub” deyən təhsil naziri bununla komissiya sədrinin digər bir ittihamına da cavab verib. Nazirin sözlərinə görə, orta məktəbləri medalla bitirən və əlaçı şagirdlər gözlənilən nəticəni göstəriblər: “Bu göz qabağındadır. Mərkəzləşdirilmiş imtahanlar təhsil nazirliyinin və təhsil sisteminin ümidlərini doğruldub”.
OXŞAR XƏBƏRLƏR