Misir Mərdanov Ramiz Mehdiyevi yeniliklərlə tanış etdi - FOTOLAR
SİYASƏT
11:20 18.04.2014
3536
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncaq keçirilib.İlk olaraq elmi müəssisə və təşkilatların 2013-cü ildəki fəaliyyətini əks etdirən kitab və jurnalların sərgisi keçirilib. Sərgidə Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də iştirak edib. Riyaziyyat institutunun direktoru Misir Mərdanov institutun təqdim etdiyi materialları R.Mehdiyevə təqdim edib. Qeyd edək ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və nazirliklərin rəhbərləri iştirak ediblər. Tədbir Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarətlə başlayıb. (asnpress)