Misir mətbuatı ermənilərin Gədəbəy istiqamətindəki təxribatından yazıb

Misir mətbuatı ermənilərin Gədəbəy istiqamətindəki təxribatından yazıb
MEDİA
17:39 27.07.2015
1472

Misir mətbuatı Ermənistan-Azərbaycan sərhəddinin Gədəbəy rayonu istiqamətində erməni təxribatının qarşısının alınmasından yazıb.

Ölkəmizin Misirdəki səfirliyindən verilən xəbərə görə, məlumat Azərbaycan səfirliyi vasitəsilə Yaxın Şərq Xəbərlər Agentliyində və ən çox oxunan internet qəzeti “Əl-Yaum Əs-Sabi”də işıqlandırılıb.
Nəşrlərdə Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən Gədəbəydə erməni təxribatının qarşısı alınarkən düşmənin Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlunun şəhid olması, düşmənin 5 nəfər itki verərək, geri çəkildiyi qeyd edilib.///gun.az
OXŞAR XƏBƏRLƏR