Misirə yarıçılpaq dəstək

Bütün Xəbərlər
08:35 10.02.2011
1577

Ukraynada keçirdikləri yarıçılpaq aksiyalarla məşhur olan FEMEN qadın təşkilatı daha bir analoji addım atıb. Bu dəfə etiraz aksiyası Misir Ərəb Respublikası səfirliyi binasının qarşısında olub. Yarıçılpaq qadınlar Misir prezidenti Hüsnü Mübarəki tezliklə öz postundan getməyə çağırıb. 

Sinələrində "Viva Egypt" sözlər yazılan qadınlar mühafizəni aldadaraq səfirliyin əsas çıxışına girə bilib və Misirdəki nümayişçilərə dəstəklərini ifadə edib. 

FEMEN təşkilatı Misirdəki hökumət əleyhinə olan qüvvələri ruhdan düşməməyə və sona kimi getməyə çağırıb.

//Ans Press

 

OXŞAR XƏBƏRLƏR