Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.
Onun sözlərinə görə, səfirlikdə daim növbətçi var: “Ayrılmış xüsusi telefon xətti vasitəsilə növbətçi kömək üçün müraciət etmiş Azərbaycan vətəndaşlarına yardım göstərməyə hazırdır. Səfirlik Misirdə yaşayan Azərbaycan vətəndaşları ilə - onların əksəriyyəti Qahirə universitetlərində təhsil alan tələbələrdir - əlaqə saxlayır və onlar müraciət edərsə, köməklik edə bilər”.
Qeyd edək ki, Misirlə telefon əlaqəsi çətinliklə qurulur. Bu ölkədə mobil rabitə və internet kəsilib.