Misirdəki hadisələr neftin qiymətini 200 dollaradək artıra bilər

Bütün Xəbərlər
17:35 05.02.2011
1646

«APA-ECONOMICS»in «Associated Press»ə istinadən verdiyi məlumata görə, bu proqnozla Venesuelanın neft sənayesi naziri Rafael Ramires çıxış edib.

Onun sözlərinə görə, Süveyş kanalı bağlanacağı təqdirdə Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEC) fövqəladə sammit keçirməli olacaq. Lakin hazırda buna ehtiyac yoxdur: «Hazırda dünya bazarında kifayət qədər neft təklifi mövcuddur və heç bir qeyri- müntəzəmlik müşahidə olunmur. Buna baxmayaraq, Süveyş kanalının bağlanması bazardakı vəziyyəti ciddi şəkildə dəyişə bilər».

Qeyd edək ki, Misirdəki hadisələr artıq «Brent» markalı neftin 1 barelinin qiymətini 2008-ci ildən etibarən ilk dəfə olaraq 100 dollara çatdırıb.

Xatırladaq ki, OPEC-ın növbəti sammiti fevralın 22-də keçiriləcək. 

 

OXŞAR XƏBƏRLƏR