Baş nazir Ali Hərbi Şuranın elan edildiyi tarixdə səlahiyyətlərini təhvil verəcəyini deyib
Misirin müvəqqəti hökumətinin baş naziri Kamal Genzuri Ali Hərbi Şuranın səlahiyyətlərini iyunun 30-da təhvil verəcəyini bildirib.
Genzuri dünən keçirdiyi mətbuat konfransında Misirdə keçid dövrünün iyunun 30-da başa çatacağını söyləyib. Baş nazir bundan əvvəl hökuməti təhvil verməkdən söhbət belə getməyəcəyini deyib.
Prezidentliyə namizədlik üçün müraciətlərin martın 10-da başlayacağını xatırladan Genzuri eyni tarixlərdə konstitusiyaya dəyişikliklər edəcək şuranın da müəyyənləşəcəyini vurğulayıb.