Misirin bəzi siyasi partiyaları parlament seçkisini boykot edib
Bütün Xəbərlər
14:01 28.11.2011
1590
Misirin paytaxtı Qahirədə Təhrir meydanında gərginlik bu gün də davam edib. Nümayişçilərlə polis arasında toqquşma baş verib. Nümayişçilər polis avtomobillərinə daş atıblar. Bir neçə nəfər xəsarət alıb. Təhrir meydanına daha çox adam toplaşmağa başlayır. Misirin müvəqqəti hərbi hökumətinə qarşı növbəti nümayişə hazırlıq gedir. Bazar ertəsi keçiriləcək parlament seçkisi ərəfəsində Kamal əl-Qanzurinin baş nazir təyin edilməsinə cavab olaraq yeni nümayişlər keçirilir. Bu arada, 24 müxalif qrup, o cümlədən 2 siyasi partiya "milli xilas hökuməti" yaratmaq üzrə olduqlarını bəyan ediblər. Bu hökumətin Nobel sülh mükafatı laureatı Məhəmməd əl-Baradeyinin başçılıq edəcəyi prezident şurasına tabe olacağı ehtimal edilir. Yeni parlamentdə isə islamçı partiyaların üstünlük təşkil edəcəyi gözlənilir. Fevral inqilabından sonra yaranmış Sosial-Demokratlar partiyası isə seçki kampaniyasında iştirakını dayandırdığını bəyan edib və bunu hazırki şəraitdə seçkinin ədalətsiz olacağı ehtimalı ilə əsaslandırıb.