Misirli tələbələr Azərbaycanda səfərdədirlər

GƏNCLİK
17:00 29.08.2012
1677

Gənclərin beynəlxalq əməkdaşlığı çərçivəsində 25-31 avqust 2012-ci il tarixlərində Misirin Ayn-Şəms Universitetinin Ədəbiyyat və dillər fakültəsinin Azərbaycan bölməsinin bir qrup tələbəsi Azərbaycanda səfərdədirlər.

Azərbaycan Gənclər Fondunun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, səfər edən tələbələr yay semestrində nəticə göstərən 3-cü və 4-cü kurs tələbələridir. Hazırda Ayn-Şəms Universitetində 140-dan artıq tələbə Azərbaycan dilini öyrənir.

Səfər çərçivəsində tələbələr Azərbaycanın mədəniyyəti, elmi, tarixi ilə daha da yaxından tanış olacaq, Qobustana və Şəki şəhərinə gedəcək, bir sıra ali təhsil müəssisələrində olacaqlar.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə Misirdə keçirilmiş "Mən Azərbaycan haqqında nə bilirəm?" esse müsabiqəsinin nəticəsi olaraq misirli tələbələrin Azərbaycanın mədəniyyətinə, dilinə və tarixinə maraqları daha da artıb.

Sabah tələbələr Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayevlə görüşəcəklər. Bundan əlavə, tədbir zamanı misirli tələbələr üçün Azərbaycan Gənclər Fondunun təqdimatı keçiriləcək.

OXŞAR XƏBƏRLƏR