“O, adi bir çobanın qızı idi. Ola bilsin ki, həkimlər belə xəstənin xüsusi diqqətə layiq olmadığını hesab etdilər. Nə qədər ki, ölkəmizdə bu cür hadisələr baş verirlər, başqa mövzulardan danışmağa ehtiyac yoxdur. Bu həkimlər cəzalandırılmalıdır”, - Saakaşvili deyib.
Onun sözlərinə görə, o, səhiyyə naziri Andria Uruşadze ilə bu məsələni müzakirə edib, və bu cür hadisələrin gələcəkdə təkrar olunmamasını təmin etmək üçün lazımi tədbirlərin görülməsini tapşırıb.
Dedoplistkaro rayonunda yerləşən heyvandarlıq fermasında ilan üç uşağı çalıb. Onlardan biri, üç yaşlı Fatimə Maliyeva vəfat edib. Onu yerli xəstəxanaya aparıblar. Lakin orada lazımi dərmanların olmaması üzündən həkimlər qızın Tbilisiyə aparılmasına qərar veriblər. Uşaq yolda dünyasını dəyişib.