Mixeil Kavelaşvili Bakıda şəhidlərin xatirəsini anıb - FOTOLAR

Mixeil Kavelaşvili Bakıda şəhidlərin xatirəsini anıb - FOTOLAR
SİYASƏT
11:16 16.04.2025
246
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da Şəhidlər xiyabanını ziyarət edib.

AZXEBER.COM xəbər verir ki, Mixeil Kavelaşvili Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR