MMP ilin yekun toplantısını keçirdi

MMP ilin yekun toplantısını keçirdi
Bütün Xəbərlər
14:53 26.12.2012
1195

 Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyəti , MMP rayon təşkilat sədrləri ,Qadınlar və Gənclər təşkilat üzvlərinin də iştirak etdiyi toplantı keçirilib.

Partiyanın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, toplantıda gündəlikdə duran məsələ 2012-ci ildə MMP-nin gördüyü işlər,partiyanın mənfi-müsbət əldə etdiyi nailiyyətlərin hesabati və müzakirəsi olub.

 Toplantıda ilk öncə ölkədə və dünyada baş verenlər   müzakirə edilərək, hadisələrə siyasi qiymət verilibdir.

 Bundan sonra gündəlikdə duran məsələlər-ilin yekununn hesabatı dinlənilib.Bir neçə gün bundan oncə partyanın Təşkilat şöbəsinin hazırlayıb rəhbərliyə təqdim etdiyi hesabata  ilk öncə MMP sədri Hafiz Hacıyev  münasibət bildirib.

 Partiya sədri qeyd edib ki, 2012-ci ildə MMP-nin həyatında bir sıra mühüm hadisələrlə yadda qalıb. 2012-ci ili MMP üçün uğurlu il hesab edən partiya sədri çıxışını belə davam etdirib:”Bilirsiniz ki 2010-cu il parlament seçkisindən sonra mənə və partiydaşlarıma olan haqsızlıqlara etiraz əlaməti olaraq sərt bəyanatlarla çıxış etdikdən sonra mənə qarşı çox böyük təzyiqlər oldu.2011-ci il başa çatana qədər Partiyanın ayaqda qalması üçün mümkün olan bütün imkanlardan istifadə etdim.Ancaq  partiyadaşlarımın dəstəyi ilə bu təzyiqlərdən uğurla çıxdıq və 2012-ci ildə itirdiklərimizin bərpası ilə məşqul olduq .Ölkədə baş verən bütün müsbət və mənfi dəyişikliklər ,iqtisadi-siyasi hadisələr MMP-nin social həyatında da mühümm ral oynayıb.Hadisələr bəzən biz istədiyimizdən də fərqli və effektli olub. Partiyanın həyatında ən mühüm hadisələrdən biri də mənim tərəfimdən sabiq prezident Əbülfəz Elçibəyin zəhərlənərək dünyasını dəyişməsi məsələsinin gündəmə gətrilməsi  olub.”Məsələnin hüqu qiymət alacağına şübhə etmədiyini deyən Hafiz Haciyev, partiyanın həyata keçirdiyi tədbirlərdə fəal iştirak edən partiya üzvlərinə təşəkkür edib.Təşkilatlanmada xeyli irəliləyişin olduğuni qeyd edən partiya sədri partiyanın mövqeyinin ildən-ilə möhkəmlənməsində gənclərin xüsusi rolu olduğunu deyib.

 Daha sonra toplantıda partiyanın 2013-cü illə bağlı tədbirlər planı müəyyən edilib.Qərar verilib ki, həmin tədbirlər planı işlənilsin və İdarə Heyətinin müzakirəsinə veilsin.Toplantıda Təşkilat Şöbəsinə və rayon təşkilat sədrlərinə partiyanın üzvlərinin artırılması ,partiya üzvlərinin rayonlarda fəaliyyətinin genişləndirilməsi üçün ciddi tapşırıqlar verilib.Həmçinin partiyanın gənçləşdirilməsi ilə bağlı Gənclər Təşkilatına xüsusi tapşırıq verilib.

Toplantının sonunda Hafiz Hacıyev Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə partiy üzvlərini təbrik edib.

OXŞAR XƏBƏRLƏR