Mobil operatorlara qarşı hüquqlarımızı bilirikmi? – VƏKİL CAVABLANDIRIR

Mobil operatorlara qarşı hüquqlarımızı bilirikmi? – VƏKİL CAVABLANDIRIR
Bütün Xəbərlər
17:24 21.01.2012
2143

Azərbaycanda fəaliyyət göstərən mbil operatorlardan şikayətlər durmadan artır. Vətəndaşlarının bir çoxu mobil operatorların istehlakçıların hüquqlarını pozmasında ittiham edirlər. 

AZXEBER.COM portalı məsələ ilə bağlı vəkil Ruslan Vəliyevə müraciət edib. Vəkil problemin daha çox istehlakçıların hüquqlarını bilməməkdən irəli gəldiyini söyləyib: “Əvvəlcə qeyd edim ki, istehlakçılarla mobil operatorlar arasında GSM müqavilələr imzalanır. Bu müqaviləyə görə istər istehlakçı, istərsə də mobil operator biri-birinə qarşı iddia irəli sürə bilər. Daha çox vətəndaşların mobil operatorlara qarşı qaldırdığı iddialar çoxluq təşkil edir. Son zamanlar fakturalı abonentlərin məkhəməyə müraciətlərinin sayı artıb. Mən özüm də bir neçə məhkəmə prossesində iştirak etmişəm və burada baş verən hadisələri yaxından izləmişəm. Məsələn, istehlakçılardan biri yarışma proqramlarının birində öz yaxınınıa çoxlu SMS göndərməklə onu 2-ci yerə qədər yüksəltməyə nail olmuşdu. Daha sonra isə həmin abonentə mobil operatordan 14 min manat borc gəlmişdi. İstehlakçı isə bununla razılaşmayıb mobil operatoru məhkəməyə verdi. Məhkəmə isə prossesi mobil operatorun xeyrinə yekunlaşdırdı. Bu da onu göstərir ki, bəzən istehlakçılar öz istehlakçı hüquqlarından süi istifadə edirlər. Çünki həmin yarışmalara göndərilən SMS-lərin qiyməti adi SMS-lərin qiymətindən fərqlənir və bu həmin yarışma proqramının alt hissəsində yazılır”.

Ruslan Vəliyev eyni zamanda 8 dekabr 2011-ci il tarixində Nazirlər Kabinetinin 212 saylı qərarı ilə imzalanmış «Mobil cihazların qeydiyyatının aparılması Qaydası» haqda da məlumat verib: “Bu qanun ümumilikdə vətəndaşların xeyrinə olacaq. Məsələn, əvvəllər vətəndaşın mobil telefonu oğurlanırdısa bu zaman vətəndaş yalnız nömrəni bağlatmaq və ya onun bir nüsxəsini daha çıxartmaq hüququna malik idi. Ancaq indi bu qərarla artıq vətəndaş həm öz nömrəsini, həm də öz mobil cihazını geri qaytara biləcək. Yəni, istehlakçı müraciət edərək mobil telefonunun qeydiyyata düşdüyü nömrəni göstərir və həmin mobil telefona ölkə ərazisindəki heç bir mobil operator xidmət göstərmir. Bu da dolyası yolla oğurluğun qarşısının alınmasında çox böyük rola malik olacaq”.

Mövzuya yenidən qayıdacağıq...

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR