Mobil rabitə abunəçiləri üçün - ŞAD XƏBƏR

Mobil rabitə abunəçiləri üçün - ŞAD XƏBƏR
Bütün Xəbərlər
17:27 01.07.2014
6654
Telefon nömrələrinə dair yeni elektron xidmət istifadəyə verilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətini elektronlaşdıraraq istifadəçilərin ixtiyarına verib.
AZXEBER.COM  xəbər verir ki, RYTN-dən verilən məlumata görə, “Elektron hökumət” portalı üzərindən təqdim olunan bu xidmət vasitəsilə mobil nömrələrin daşınma xidmətindən istifadəsi ilə bağlı məlumat əldə etmək mümkünləşib:
“Xidmətdən yararlanmaq üçün istifadəçi mobil nömrəni müvafiq bölməyə daxil edərək “Göndərmək” düyməsini sıxmaqla asanlıqla məlumat ala bilər”.
Qeyd edək ki, “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidməti portalda qeydiyyatdan keçmədən istifadə oluna bilən xidmətlər sırasında yer alır.
OXŞAR XƏBƏRLƏR