Moldovada pilotsuz uçuş aparatı yerə düşüb.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı "NewsMaker" məlumat yayıb.
Məlumata görə, Moldovanın Ştefan-Vode rayonunda günorta saatlarında partlayış səsi eşidilib. PUA-nın düşdüyü ərazidə quru ot örtüyü yanmağa başlayıb. PUA-nın Rusiya ərazisindən atıldığı iddia edilir.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda hadisə yerində mütəxəssislər çalışır.











































