“Moldovanın silah satdığı ölkələrin siyahısında Ermənistanın adı yoxdur”

“Moldovanın silah satdığı ölkələrin siyahısında Ermənistanın adı yoxdur”
Bütün Xəbərlər
12:27 11.11.2011
996
Moldovanın Azərbaycandakı səfiri İqor Bodyu ölkəsinin Ermənistana silah-sursat satmağa davam edəcəyinə dair Moldova kütləvi informasiya vasitələrinin xəbərini təkzib edib.Səfir APA-ya açıqlamasında ölkəsinin rəsmi şəxsləri ilə əlaqə saxladığını və informasiyanın tam təkzib olunduğunu deyib: “Bu, ilk olaraq Moldovanın müxalifət KİV-i tərəfindən yayılan yalan xəbərdir. Söhbət Ermənistandan getmir. Ermənistan Moldovanın silah satdığı ölkələrin siyahısında artıq yoxdur”.Qeyd edək ki, Moldovanın müdafiə naziri Vitali Marinutsa baş vermiş qalmaqala baxmayaraq, Ermənistandan olan sifarişçiyə silah-sursatın qalan hissəsini çatdırmaq niyyətində olduqlarını bəyan edib. “Moldnews”un xəbərinə görə, V. Marinutsa Moldovanın silah-sursat satışına dair sövdələşmələri sonadək yerinə yetirəcəyini söyləyib: “Bunu qadağan edən hər hansı hüquqi sənəd yoxdur. Ümid edirəm ki, ən qısa zamanda müqavilənin yerinə yetirilməsi davam etdiriləcək. Bu müqavilədə heç bir şübhəli bənd yoxdur və biz onu axıra çatdırmalıyıq”.Xatırladaq ki, bir qədər öncə Moldova prezidenti Marian Lupu ölkə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Yuriy Dominici tutduğu vəzifədən azad edib. Müvafiq fərmanın hərbi qanunvericiliyinin gələcəkdə pozulmasını önləmək üçün imzalandığı bildirilsə də, yerli qəzetlərə görə, moldovalı generalın istefaya göndərilməsinə əsl səbəb Ermənistanla gizli silah sövdələşməsinin üstünün açılması olub. Meydana çıxmış bu qalmaqal Moldovanın siyasi dairələrində hay-küyə səbəb olub. Moldovanın hakim dairələrində ehtiyat edirlər ki, bu qalmaqal Moldova-Azərbaycan və GUAM çərçivəsindəki əməkdaşlığa əngəl ola bilər. Söhbətin artilleriya və tank əleyhinə qurğulardan getdiyi xəbər verilir. Bu silahların iri yük təyyarəsi ilə sentyabrın 13-də Kişinyovdan İrəvana çatdırıldığı bildirilir. Yaranmış qalmaqal Moldova Nazirlər Kabineti ilə Müdafiə Nazirliyi arasında ixtilafa səbəb olub. Məsələ ilə bağlı araşdırma başlayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT Ukraynada atəşkəsi alqışlayacaq
00:30 13.03.2025
BMT Ukraynada atəşkəsi alqışlayacaq
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
00:11 13.03.2025
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
23:57 12.03.2025
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
23:51 12.03.2025
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
23:32 12.03.2025
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
23:21 12.03.2025
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
23:11 12.03.2025
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
23:00 12.03.2025
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
22:56 12.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
22:41 12.03.2025
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
22:33 12.03.2025
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
22:23 12.03.2025
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
22:20 12.03.2025
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
22:13 12.03.2025
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
21:51 12.03.2025
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
21:42 12.03.2025
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib