‘Monika Beluççi Bakıda filmə çəkilə bilər’ – MÜSAHİBƏ FOTOLAR

‘Monika Beluççi Bakıda filmə çəkilə bilər’ – MÜSAHİBƏ FOTOLAR
GƏNCLİK
15:55 20.02.2012
2550

19 fevral tarixində saat 14:00-da tanınmış rejissor Samir Kərəmoğlu Azərbaycan Tədris Akademiyasında (A.S.A) qonaq olub. “Art School”un nəzdində keçirilən görüşdə gənc jurnalistlərlə görüşən “Mən evə qayıdıram”, “Niyyət” filmlərinin rejissoru Samir Kərimoğlu onlarla səmimi söhbətər edib.

Samir Kərimoğlu A.S.A-da gənclərlə görüşü zamanı, onlarla maraqlı dialoqlar quraraq bu günkü Azərbaycan kinosunun vəziyyəti və kinonun gələcəyi ilə bağlı fikir mübadiləsi aparıb.

Tanınmış rejissor A.S.A-da olarkən AZXEBER.COM-un da suallarını cavablandırıb.

-Samir bəy, ASA-da gənclərlə bir arada olmaq gənc rejissor üçün necə bir duyğudur? Mənim üçün burada olmaq ço x xoş idi. Həqiqətən, gənclərin fikirləri və onların kinoya olan baxışları mənim üçün çox maraqlı idi. ASA rəhbərliyinə təşəkkür edirəm ki, mənə bu cür şərait yaratdı. -Yadınızdadırsa, sizdən bir dəfə kinostudiyanın qarşısındakı çayxanada müsahibə almışdım. Bəli, yadımdadır. Əslində, elə də uzun bir müddət keçməyib üstündən. Səhv etmirəmsə, müsahibə teatr festivalı ilə bağlı idi. -Samir bəy, axırıncı müsahibəmizdən bu günə kimi nə işlər gördünüz? Filmlərin və reklam çarxlarının çəkilişlərini həyata keçirirdik. Bu gün isə yeni layihəmiz başlayıb. “Bakı, mən səni sevirəm” kinolayihəsi artıq başlamaq üzrədir. Hazırda bu layihə üzərində işləyirik. Layihə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilir. -Bu layihənin “Eurovision 2012” ilə bağlılığı varmı? Xeyr, heç bir bağlılığı yoxdur. Qeyd edim ki, layihənin rəhbəri Heydər Əliyev Fondunu vitse-prezidenti Leyla Əliyeva, prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubevdir. Bu kinolayihə Azərbaycanı tanıtmaq üçün keçirilən bir layihədir. Layihə çərçivəsində 10 ssenari iştirak edir. Burada 5 azərbaycanlı, 5 əcnəbi rejissor iştirak edəcək.. -Layihədə daha kimlər iştirak edəcək? Hələ ki hazırlıqlar gedir. Daha dəqiq məlumat olmasa da, dünya ulduzları ilə danışdıq. Monika Beluççi Bakıda filmdə çəkilə bilər. Ancaq hələ ki bu dəqiq deyil. -Samir bəy, istərdim bir az bu layihənin təsirindən çıxaq. Bugünkü Azərbaycan kinosunda, sizcə, nə dəyişikliklər baş verir? Mən bügünkü kinomuzun vəziyyətini qənaətbəxş hesab edirəm. Hələ ki biz hazırlıq mərhələsindəyik. Amma çox yaxın zamanda bizim kinomuz da öz sözünü daha güclü deməyə nail olacaq. Bizim filmlərimiz bu gün beynəlxalq festivallarda təmsil olunur. Bu da bir uğurdur. -Bəs nəyə görə Azərbaycan istehsalı olan filmlərin bir çoxu rus dilində olur? Bu faktlarla tez-tez qarşılaşırıq. Mən öz filmimdən deyə bilərəm ki, “Mən evə qayıdıram” filminin 80%-i rus dilindədir. Bunun səbəbi isə hadisələrin 1992-ci ildə baş verməsi və hadisələrin rus kazarmasında cərayan etməsidir. Siz təsəvvür edin ki, rus zabiti Azərbaycan dilində danışır. Bu, tamaşaçıya heç də real görünməz. “Apokalipsis”də aktyorlara 6 ay maya dilini öyrədiblər. Siz təsəvvür edin ki, filmdə hər hansı bir mayalı ingilis dilində danışır. Bu heç də tamaşaçı üçün real deyil.

Sizcə Azərbaycanda çəkilən seriallar nəyə görə, tamaşaçı zövqünü oxşaya bilmir?

Mən deyrədim ki, hazırda Azərbaycan kinosu hazırlıq mərhələsindədir. Ona görə hazırda çəkilən seriallarla Türkiyədə çəkilən serialları müqayisə etmək lazım deyil. Hər halda bizim də seriallarımızın öz sözünü deyəcəyi vaxt gəlib çatacaq.

-Təşəkkür edirik müsahibəyə görə.

Sağ olun

Ünvan: Bakı şəhəri,

A.Gəraybəyli küçəsi, 37A

(Ayna Sultanova heykəlinin yaxınlığında)

Tel.: (012) 562 36 39

Mob.: (070) 399 36 39

E-poçt : [email protected]/* */

web-sayt: www.asa.edu.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
11:48 07.06.2025
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
Yağıntılı hava nə vaxtadək davam edəcək?
11:25 07.06.2025
Yağıntılı hava nə vaxtadək davam edəcək?
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
11:14 07.06.2025
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi