xari

Monteskyu: "Fransa tərəfkeşlik edərsə, həmsədrlikdən getməli olacaq"

SİYASƏT
13:33 02.12.2020
308
Fransa senatının fəxri senatoru: "BMT-nin tanıdığı sərhədləri özbaşına necə-gəldi dəyişmək mümkün deyil"

"Fransada Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ədalətsiz mövqe dini ayrı-seçkilik zəminində baş verir".

Bunu "Report"un yerli bürosuna açıqlamasında Fransanın fəxri senatoru Aymeri de Monteskyu (Aymeri de Montesquiou) bildirib.

O, Fransa Senatında qondarma "Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qəbul olunmuş sənədin qanun olmadığını deyib: "Bu, sadəcə, bir qətnamədir. Parlamentdə səsvermə keçirilən zaman insanlar istər-istəməz söhbətin qanundan getdiyini düşünürlər. Bu sənəd isə ictimai fikrə əsaslansa da, qanunla heç bir əlaqəsi yoxdur. Senatda sənədin qəbulu vaxtı hökumətdə bu məsələ ilə məşğul olan şəxsin müxalif qüvvələrdən olmasına heç bir şübhəm yoxdur. Sənədin Fransa Milli Assambleyasında səsverməsi Senatdakından tamamilə fərqli olacaq".

A.Monteskyu Fransada Dağlıq Qarabağ münaqişəsində ictimai fikrin yalnış olaraq ermənilərə haqq verməsinin səbəblərinə də toxunub: "Fransada dini ayrı-seçkilik baş verməsi səbəbindən ictimai fikir xristian olan ermənilərə üstünlük verir. Səhvən Ermənistanla Azərbaycan arasında baş verən bu münaqişəyə də dini aspektdən yanaşılır. Fransalılar xristian olan erməniləri müdafiə etməyə çalışırlar. Bu məsələdə Fransadakı ədalətsiz mövqe məhz dini ayrı-seçkilik zəminində baş verir. Lakin bununla bərabər unutmayaq ki, bu məsələdə söhbət beynəlxalq hüquq normalarından gedir və BMT-nin tanıdığı sərhədləri özbaşına dəyişmək mümkün deyil".

Sabiq senator Fransada hökumətin qondarma "Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qəbul olunmuş sənədi nəzərə almayacağına əmin olduğunu vurğulayıb: "Bu sənədi siyasiləşdirmək yanlış olar. Çünki Fransa hökuməti münaqişədə olan tərəflərin birinin, yaxud digərinin tərəfini saxladığını nümayiş etdirən bir hala hələlik yol verməyib. Əgər hökumət iki ölkədən birinin tərəfini tutarsa, Minsk qrupunun üzvlüyündən getməli olacaq. Hökumətin bu qətnamənin arxasınca getməyəcəyinə əminəm".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:59 20.01.2021

“İslahatçı Gənclər” 20 yanvar şəhidlərini anıb: Şəhidlər Xiyabanı ziyarət edildi, onlayn konfrans keçirildi

22:48 20.01.2021

Cəlilabadda qar fəsadlar törədib

21:46 20.01.2021

Gənclərin İnkişaf və Karyera Mərkəzi 20 Yanvar Şəhidlərini yad edib - FOTOLAR

21:35 20.01.2021

ABŞ-ın yeni prezidenti : “Demokratiya qalib gəldi”

20:36 20.01.2021

DİN-in "Telegram" kanalında yenilik - FOTO

19:55 20.01.2021

Kəlbəcər rayonunun Nadirxanlı kəndinin görüntüləri – VİDEO

18:49 20.01.2021

İsrail səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb

18:29 20.01.2021

Ziyalılar Prezidentə Eldar Həsənovun zaminə buraxılması ilə bağlı müraciət etdilər - FOTOLAR

18:07 20.01.2021

Siyavuş Novruzov: “Karxanada daş atıb, 10 manat alırdım”

18:05 20.01.2021

Nigar və Aygün bu dəfə şəhidlərə mahnı həsr etdi - Video

16:35 20.01.2021

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

16:10 20.01.2021

“20 Yanvar qurbanlarının qarşısında baş əyirəm” - Paşinyan

16:07 20.01.2021

Əfv Komissiyasının üzvü: “Müraciətlər həddən artıq çoxdur, yeniliklər gözlənilir”

15:35 20.01.2021

İtaliya hökuməti “Pfizer”i məhkəməyə verəcək

15:11 20.01.2021

Mikayıl Cabbarov: "2030-cu ilə qədər Azərbaycanda orta illik iqtisadi artım tempi 7 %-ə çatdırılacaq"

14:38 20.01.2021

DİN əməliyyat keçirdi: Silahlı şəxslər tutuldu