M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2013/2014-cü tədris ili üçün tələbə qəbulu elan edir.
AZXEBER.COM-un Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı Qəbul komissiyası tərəfindən aparılan qəbul imtahanlarında yalnız TQDK-nın keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı Qəbul komissiyasının keçirdiyi imtahanların nəticələri əsasında aparılacaq. Qəbul imtahanlarında iştirak etmək istəyənlər universitetin qəbul komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. 2013/2014-cü tədris ili üçün ali məktəblərə keçirilən test imtahanlarında toplanılan ballar haqqında TQDK-nın arayışı.2. Tam orta təhsil haqqında sənədin (attestat) əsli. 3. Şəxsiyyət vəsiqəsi (əsli).4. 3x4 sm ölçüdə 8 ədəd fotoşəkil. Qeyd edək ki, MDU-nun Bakı Filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.Filialın tədris fəaliyyəti M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris plan və proqramları əsasında həyata keçirilir. Tədris, əsasən, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir.Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu təqdim ediləcək. Sənədlər 16 iyul – 7 avqust tarixlərində saat 10:00-dan 18:00-dək qəbul olunacaq.Qəbul imtahanları 8-12 avqust tarixlərində keçiriləcək.