Moskva metrosunda miqranta qarşı daha bir vəhşilik - VIDEO

Moskva metrosunda miqranta qarşı daha bir vəhşilik -  VIDEO
Bütün Xəbərlər
16:54 22.11.2013
5720
Rusiyanın paytaxtı Moskvanın metropolitenində miqrantlara qarşı daha bir vəhşilik törədilib.
Moskva metropoliteninin Serpuxov xəttindəki "Savelovskaya" və "Çexovskaya" stansiyaları arasında, tuneldə gənc sərnişin yanında oturan miqrantı söyməyə başlayıb.
Miqrantın üst-başının sement olduğunu deyən rus sərnişin onu yerə yıxaraq sinəsində oturub, sonra da yumruqlamağa başlayıb.
Daha sonra həmin sərnişinə iki nəfər də qoşulub.
Aldığı zərbələrdən halsız qalan miqrantı stansiyada platformaya atıblar.
"Çexovskaya" stansiyasında olan polislər olaya müdaxilə etməyiblər.
"O miqrant sərxoş idi", - Moskva metropoliteninin Daxili İşlər İdarəsindən bildiriblər.(Milli.az)
OXŞAR XƏBƏRLƏR