Oktyabr ayının sonunda Fransanın Strasburq şəhərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 23-cü plenar sessiyası keçirilib. Sessiyada bir sıra digər məsələlərlə yanaşı, ölkəmizin Avropa Şurası qarşısındakı öhdəliklərindən irəli gələn məsələlər də müzakirə edilib. Sessiyada ölkəmizlə bağlı müzakirələr çərçivəsində eyni zamanda Naxçıvan Muxtar Respublikası haqda da bir sıra müzakirələr aparılmış və yekun sənədlərdə əks olunub. Konqresin sessiyasında ilk dəfə olaraq məhz bu sənəddə Naxçıvan Muxtar Respublikasının statusunu, sərhədlərini müəyyən edən 1921-ci ildə imzalanmış Moskva və Qars beynəlxalq müqavilələri beynəlxalq təşkilatın sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilmişdir. Bundan əvvəl yalnız ikitərəfli səviyyədə Azərbaycan-Türkiyə arasında olan və vurğulanan bu proses artıq Avropa Şurasının konkret sənədində əksini tapmışdır. Bu barədə Naxçıvan Muxtar Republikasındakı bölgə müxbirimizə ekskluziv açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov məlumat verib. Əməkdaşımızın Anar İbrahimovla eksklüziv müsahibəsini az sonra Publika.Az saytında oxuya bilərsiniz.
//Publika