Moskvanın Kutuzov prospektində dəhşətli yol qəzası baş verib. Nəticədə 3 azərbaycanlı həlak olub. Qəzanı Rusiyanın məşhur vəkili və siyasətçisi Dmitri Yakubovskinin 22 yaşlı qızı Darya Yakubovskaya törədib. Onu müşayiət edən kiçik kortej qarşı yola çıxmış "Volqa"ya, "Volqa" isə "VAZ 2109"a çırpılıb və partlayıb.
"Volqa"nın yük yerindəki qaz balonu onunla yanaşı, "VAZ 2109"un da yanmasına səbəb olub. "VAZ 2109"da olan 3 azərbaycanlı yanaraq ölüb. Onlar gül satmaqla məşğul olurmuşlar.
Qarşı yola çıxaraq qəzaya səbəb olmuş "Volqa"nın sürücüsü hadisə yerindən qaçsa da, sonradan hüquq-mühafizə orqanlarına təslim olub. Qəza zamanı onun sərxoş olduğu müəyyənləşdirilib.
//milli.az