Moskvada azərbaycanlı biznesmen öldürüldü

Moskvada azərbaycanlı biznesmen öldürüldü
Bütün Xəbərlər
08:51 20.04.2012
1458

53 yaşlı İlqar Cəbrayılov spirtli içki məhsullarının satışı ilə məşğul olurmuş

Rusiya paytaxtında azərbaycanlı iş adamı odlu silahla qətlə yetirilib. Hadisə bu gün günorta saatlarında baş verib. Paytaxtın “Presnenskiy val” adlanan ərazisində “Toyota Land Cruiser” markalı avtomobildə bir kişi meyiti və yaralı qadın aşkar edilib.

Qətlə yetirilən şəxs Moskvada fəaliyyət göstərən iş adamı, 1959-cu il təvəllüdlü İlqar Cəbrayılov, yaralı qadın isə onun həyat yoldaşıdır.

İş adamı Moskvada spirtli içki məhsullarının satışı ilə məşğul olurmuş.

Şahidlərin sözlərinə görə, killer yol ayrıcında gözləyən avtomobilin qabağına keçərək bir neçə dəfə odlu silahdan atəş açıb. İ. Cəbrayılov avtomobili hərəkətə gətirməyə cəhd edib. O, yaralı halda avtomobili qarşısında dayanmış avtomobilə çırpıb. Faktla bağlı Moskva hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

//APA

OXŞAR XƏBƏRLƏR