Moskvada azərbaycanlılar azərbaycanlını qarət etdilər

Moskvada azərbaycanlılar azərbaycanlını qarət etdilər
Bütün Xəbərlər
11:45 22.12.2014
599
“Soyğunçuluq” maddəsi üzrə cinayət işi açıldı.
Rusiyada quldurluqda şübhəli bilinən azərbaycanlılar saxlanılıb.
Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Cinayət axtarışı baş idarəsinin əməkdaşları nazirliyin digər şöbələri və xüsusi təyinatlı “Rıs” dəstəsi ilə birgə üzvlərinin quldurluqda şübhəli bilindiyi etnik qrupun fəaliyyətinin qarşısını alıb.
Saxlanılan şəxslər cari ilin dekabrın əvvəlində Moskva şəhərində Azərbaycan əsilli Moskva sahibkarına qarşı soyğunçuluq edib və nəticədə sahibkardan 300 min rubl (4 050 manat) ələ keçiriblər.
Faktla bağlı “soyğunçuluq” maddəsi üzrə cinayət işi açılıb.
Moskvanın Cənub dairəsində cinayət faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxslər saxlanılıb. Onların 22-48 yaş arası azərbaycanlılar olduğu məlum olub. Saxlanılanlara qarşı həbs qəti imkan tədbiri seçilib.
Şübhəli şəxslərin Moskva regionu ərazisində digər hüquq pozuntularında iştirak edib etməmələri ilə bağlı araşdırmalar aparılır.
///Oxu.az
OXŞAR XƏBƏRLƏR