Moskvada azərbaycanlıya 18 güllə vurdular

Moskvada azərbaycanlıya 18 güllə vurdular
Bütün Xəbərlər
14:00 09.10.2014
1770
Moskvanın şimal-qərbində Azərbaycan vətəndaşı güllələnib.
O, ağır vəziyyətdə oktyabrın 8-də axşam xəstəxanaya çatdırılıb. Həkimlər azərbaycanlının bədənində 18 güllə deşiyi aşkar ediblər.
Hadisə Yan Raynis bulvarında baş verib, cinayətkarlar azərbaycanlıya travmatik tapançadan atəş açıb.
Hadisənin motivləri araşdırılır və atəş açanların axtarışı aparılır. Yaralının vəziyyəti kritikdir, onun kimliyi haqda məlumat yoxdur.//Virtualaz.org
OXŞAR XƏBƏRLƏR