Moskvada “Sadovod” bazarı dron hücumuna məruz qalıb

Moskvada “Sadovod” bazarı dron hücumuna məruz qalıb
DÜNYA
15:16 20.09.2026
80
Ukrayna Ordusunun Moskvaya dron hücumu zamanı "Sadovod” bazarı zərər görüb.

Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin vurduğu dronun qalıqları "Sadovod” Ticarət Mərkəzinin birinci sırasının damına düşüb.

Nəticədə yanğın baş verib. Qısa müddətdə yanğın söndürülüb.

Ticarət mərkəzində çalışan azərbaycanlı sahibkarlar APA-ya açıqlamasında mağazaların müvəqqəti bağlandığını, səhər saat 10-dan sonra onların ticarət mərkəzinə buraxıldıqlarını söyləyiblər.

Qeyd edək ki, Moskvanın Kapotnya rayonunda yerləşən Neft Emalı Zavodu və "Sadovod” bazarı yaxın məsafədə yerləşirlər. Neft emalı zavodunu hədəf alan dronların qalığının ticarət mərkəzinə düşdüyü bildirilib.
 
//apa
OXŞAR XƏBƏRLƏR