Moskvada tanınmış jurnalisti döydülər

Bütün Xəbərlər
13:01 24.03.2011
1489
Hadisə Rusiya paytaxtının mərkəzində baş verib. Bu gün saat 10-da 55 yaşlı jurnalist Sergey Topol iki naməlum şəxsin hücumuna məruz qalıb. "İnterfaks"ın xəbərinə görə, Topol çoxsaylı xəsarətlər alıb və kəllə-beyin travması diaqnozu ilə hospitala yerləşdirilib. Hazırda onun həyatı üçün təhlükə yoxdur.

Jurnalistə hücumla bağlı cinayət işi qaldırılıb.

OXŞAR XƏBƏRLƏR