Hadisə Rusiya paytaxtının mərkəzində baş verib. Bu gün saat 10-da 55 yaşlı jurnalist Sergey Topol iki naməlum şəxsin hücumuna məruz qalıb. "İnterfaks"ın xəbərinə görə, Topol çoxsaylı xəsarətlər alıb və kəllə-beyin travması diaqnozu ilə hospitala yerləşdirilib. Hazırda onun həyatı üçün təhlükə yoxdur.