Moskvanın “Sadovod” bazarında 600-dən çox miqrant saxlanılıb

Moskvanın “Sadovod” bazarında 600-dən çox miqrant saxlanılıb
Bütün Xəbərlər
12:38 19.11.2013
776
Moskvanın “Sadovod” bazarında keçirilən yoxlamalar zamanı 600-dən çox miqrant saxlanılaraq polis bölmələrinə aparılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, “Zaslon-2” əməliyyatı çərçivəsində hüquq-mühafizə orqanları növbəti operativ-profilaktik tədbirlər həyata keçiriblər. Paytaxtın “Sadovod” bazarında saxlanılan 600-dən çox əcnəbi Rusiya Daxili İşlər Nazirliyinin müxtəlif ərazi idarələrinə aparılıb. Onların baş vermiş cinayətlərdə iştirak edib-etmədikləri və Rusiyada qanun əsasında çalışıb-çalışmadıqları araşdırılacaq.

Qeyd edək ki, “Sadovod” Ticarət Mərkəzi Azərbaycanın Quba rayonunda doğulmuş dağ yəhudisi Qod Nisanova məxsusdur. Bu ticarət mərkəzində xeyli sayda azərbaycanlı çalışır.

OXŞAR XƏBƏRLƏR