'Most English Student' müsabiqəsinin tarixi bəlli oldu

GƏNCLİK
18:35 27.11.2012
1549
Oskar Şirkətinin dekabr ayında keçirəcəyi “Most English Student” müsabiqəsinin ilk mərhələsinin (GRAMMAR Mərhələsi) keçirilmə vaxtı və yeri müəyyən olundu. I mərhələ, 2 Dekabr 2012 (Bazar günü) saat 11:00-da Bakı şəhərində yerləşən 39 saylı məktəbdə keçiriləcək. Ünvan : Bakı şəhəri Molla Cümə küç. 24(Nəriman Nərimanov metrosunun yanı / LIFE Center`in arxası)Əlaqə telefonu: 070 596 5638İştirak edəcək tələbələr imtahana gələrkən Tələbə bileti, Karandaş, Pozan, Qələm gətirməyi unutmayın.Nəzərinizə catdıraq ki, müsabiqənin keçiriləməsinin əsas səbəbi Azərbaycanlı gənclərinin dünya dili olan ingilis dilinə marağının artırılması və dil biliklərinin yoxlanılmasıdır. Müsabiqə imtahan şəkilində keçiriləcək. Müsabiqə sonunda ilk 3 yerin sahibi mükafatlandırılacaq. Müsabiqə 4 seçim mərhələsindən ibarətdir və birinci yeri tutan tələbə İngiltərədə 2 həftəlik pulsuz ingilis dili kursunda iştirak etmək imkanı qazanacaq!Layihənin təşkilatçısı OSKAR Education & Consulting şirkəti, təşkilati dəstəyi Vita1000 meyvə şirələri, informasiya dəstəyi isə www.resurs.azwww.azxeber.com

OXŞAR XƏBƏRLƏR