"Moşu" efirlərdən küsüb: "Obraz verilsə, elə oynayaram, canını da alaram"

MƏDƏNİYYƏT
12:50 18.02.2020
8265
Xalq artisti Valeh Kərimov "Şou ATV" verilişinə telefonla zəng edib.

AZXEBER.COM  bildirir ki, "Moşu Göyəzənli" obrazı ilə tanınan aktyor efirlərdən küsdüyünü söyləyib. O, aparıcı Nanə Ağamalıyevanın proqrama dəvətindən də imtina edib:

"İnanmıram ki, efirlərlə mənim münasibətim düzələr. Mənə gözəl obraz verilsə, elə oynayaram, canını da alaram. Bu boşluğu efirdə qonaq olub, söhbət etməklə doldurmaq çətindir".

Qeyd edək ki, aktyor bir müddət əvvəl heç bir filmə dəvət almadığını, teatrda çalışmadığını söyləyib.
 
 
axşam.az

OXŞAR XƏBƏRLƏR