Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video

Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
SOSİAL
19:09 27.06.2026
358
Son vaxtlar Bakıda və paytaxt ətrafında motosiklet sürücülərinin yol hərəkəti qaydalarını pozması və qəzalar törətməsi hallarına tez-tez rast gəlinir.

AZXEBER.COM xəbər verir ki, sosial şəbəkələrdə motosiklet sürücüsünün xuliqanlıq hərəkətləri etməsinə dair daha bir görüntü yayılıb.

Görüntülərdən məlum olur ki, həmin sürücü Bakı şəhəri ərazisində nəqliyyat vasitəsini uzun müddət əks hərəkət zolağı istiqamətində idarə edir və digər hərəkət iştirakçılarına, eləcə də öz həyatına ciddi təhlükə yaradır.

***

Bakı Şəhər DYP İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, görüntülərlə bağlı araşdırmalara başlanılıb: "Həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər həyata keçirilir”.

Həmin görüntüləri təqdim edirik:

OXŞAR XƏBƏRLƏR