13:09 Cümə, 21 Fevral 2020
Maqazin

Mourinyunun fanatı bədəninə onun əksi olan 38 döymə etdirib - FOTO

23:32, 06.12.20196274
Mourinyunun fanatı bədəninə onun əksi olan 38 döymə etdirib - FOTO
İngiltərə sakini Viv Bodikot Joze Mourinyuya olan dəli sevgisindən danışıb. 62 yaşlı fanat qadın bədəninə portuqaliyalı baş məşqçinin əksi olan 38 döymə vurdurub.

Hər şey 2017-ci ildə - Mourinyu "Çelsi”dən "Mançester Yunayted”ə baş məşqçi keçəndən sonra başlayıb. Vivi Jozenin geyimi, jurnalistlərlə danışığı, inqilabçı obrazı cəlb edib. Buna görə də o, "Mançester Yunayted”ə azarkeşlik etməyə başlayıb və ilk döyməsini də onda edib.

Viv "The Sun”a açıqlamasında qeyd edib:

"Bu illər ərzində mən döymələrə iki min funtdan çox xərcləmişəm. Lakin buna dəyərdi. Axı mən onu sevirəm. Joze ağıllıdır və məşqçi kimi çox şeyə nail olub. Mən onu digər məşqçilərdən, o cümlədən Pep Qvardioladan üstün sayıram”.

Bodikot "Totenhem” titul əldə edərsə, Mourinyunun yeni döyməsini etdirməyə hazırlaşır. İndi o, bu komandaya azarkeşlik edir.
 
///oxu.az

 

 

 

 

 

 


XƏBƏR LENTİ