MSK seçici fəallığı ilə bağlı 5 dəfə məlumat verəcək

MSK seçici fəallığı ilə bağlı 5 dəfə məlumat verəcək
Seçki2024
10:07 09.02.2020
1059
"Mərkəzi Seçki Komissiyası seçkilərin şəffaf keçirilməsi üçün hər cür şərait yaradıb”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlament seçkilərinin açıq elan edilməsi ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Seçicilərin fəallığı ilə bağlı ictimaiyyətə gün ərzində 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat veriləcək. Bütün seçiciləri seçki məntəqələrinə dəvət edərək öz konstitusion hüquqlarını həyata keçirməyə çağırıram. Səsvermə prosesi saat 19.00-da başa çatacaq”, - o, vurğulayıb.
OXŞAR XƏBƏRLƏR