APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, KİV nümayəndələri etimadı doğruldub: "KİV nümayəndələri gün ərzində ölkə ərazisində səsvermə prosesinin necə getməsi barədə aydın məlumat verdilər".