MTN-dən möhtəşəm əməliyyat – 17 nəfər tutulub

MTN-dən möhtəşəm əməliyyat – 17 nəfər tutulub
Bütün Xəbərlər
20:50 06.04.2012
7206
Həbs olunanlardan çoxlu sayda silah-sursat tapılıb
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq və əhali arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq və bir sıra terrorçuluq aksiyalarını planlaşdıran qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin 17 üzvü ifşa edilərək yaxalanıb. Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumata görə, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Qax, Zaqatala, Şəki və Qusar rayonlarında həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində silahli birləşmənin saxlanılmış üzvlərindən terror-təxribat aksiyalarında istifadəsi nəzərdə tutulan 4 ədəd “AKM” tipli avtomat silah, 1 ədəd “RPK” tipli pulemyot, 2 ədəd “Makarov”, 1 ədəd “Naqan”, 1 ədəd “Steçkin” tipli tapancalar, 2 ədəd “Karabin” tipli tüfəng, 6 ədəd güllə ilə dolu tapança darağı, 300 ədəd müxtəlif çaplı patron, 31 ədəd əl qumbarası, 15 ədəd uzaqdan idarə edilən partlayıcı qurğu, 3 ədəd detonator, külli miqdarda partlayıcı maddə olan plastid, 3 ədəd avtomat silah üçün daraq, 30 ədəd “Kenwood” markalı rabitə aparatı, 3 ədəd süngü bıçağı, terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyat, habelə qanunla qadağan edilmiş xeyli sayda hərbi ləvazimat və digər əşyalar aşkar edilərək götürülüb.Gəncə şəhərində həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Milli Təhlükəsizlik Nazirliyinin “Qartal” xüsusi təyinatlı dəstəsinin əməkdaşlarına qarşı şiddətli silahlı müqavimət göstərilib. Təslim olmaq barədə qanuni tələbə tabe olmayan şəxslər tərəfindən xüsusi təyinatlılara odlu silahlardan atəşlər açılıb və əl qumbarası atılıb. Nəticədə Milli Təhlükəsizlik Nazirliyinin bir əməkdaşı həlak olub və 3 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən şəxslərdən biri məhv edilib, biri yaralanıb, qrupun daha iki üzvü isə yaxalanıb.Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donalda Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donalda Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
00:12 09.08.2025
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
00:11 09.08.2025
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
00:06 09.08.2025
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
Üçtərəfli görüş başladı - VİDEO
23:59 08.08.2025
Üçtərəfli görüş başladı - VİDEO
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
23:58 08.08.2025
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
23:50 08.08.2025
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
Tramp: Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə əminəm
23:36 08.08.2025
Tramp: Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə əminəm
Donald Trampla İlham Əliyevin görüşü başlayıb - VİDEO/ FOTOLAR
23:31 08.08.2025
Donald Trampla İlham Əliyevin görüşü başlayıb - VİDEO/ FOTOLAR
Tramp növbəti dəfə İlham Əliyevin çıxışı ilə bağlı paylaşım edib - VIDEO
23:11 08.08.2025
Tramp növbəti dəfə İlham Əliyevin çıxışı ilə bağlı paylaşım edib - VIDEO
"Haber Global": "Vaşinqtonda tarixi zirvə gözlənilir"
23:06 08.08.2025
"Haber Global": "Vaşinqtonda tarixi zirvə gözlənilir"
Donald Tramp və Nikol Paşinyan arasında danışıqlar başladı
23:03 08.08.2025
Donald Tramp və Nikol Paşinyan arasında danışıqlar başladı