Türkiyə istehsalı olan dərmanları qaçaqmalçılıq yolu ilə gətirənlər saxlanılıb
Milli Təhlükəsizlik Nazirliyi qanunsuz yolla Türkiyədən Azərbaycana dərman gətirən və satdıran qruplaşma üzvlərinin saxlandığı barədə məlumat yayıb. Məlumata görə, qrup üzvləri qaçaqmalçılıq yolu ilə dərmanları İstanbul-Bakı marşrutu üzrə hərəkət edən avtobuslar vasitəsilə gətiriblər. Qrupun üzvlərinə məxsus ofisə, mənzilə və avtomaşına keçirilmiş baxışlar zamanı külli miqdarda, ümumi dəyəri təxminən 12 min 600 manat olan qanunla dövlət qeydiyyatından keçməyən dərman preparatları aşkar edilərək götürülüb.