MTN-nin bir neçə generalı saxlanıldı -–Əməliyyatlar davam edir

MTN-nin bir neçə generalı saxlanıldı -–Əməliyyatlar davam edir
Bütün Xəbərlər
15:29 19.10.2015
4257
Məsələ o yerə çatıb ki, prosesə Azərbaycanın Prezidenti şəxsən müdaxilə etməli olub.
İki gün əvvəl Prezident İlham Əliyevin qəfil sərəncamı ilə Milli təhlükəsizlik naziri vəzifəsindən azad olunan Eldar Mahmudovla bağlı məsələ nəinki Azərbaycan mediasında, hətta qonşu ölkələrin mətbuatında da gündəm yaradıb.
Məlum olub ki, Azərbaycanın milli təhlükəsizliyinə cavabdeh olan Eldar Mahmudov və MTN-in bir qrup yüksək rütbəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək quldurluq, soyğunçuluq, iş adamlarına qarşı qanunsuz tələbetmələr və bu kimi cinayətlər törədiblər. Onların fəaliyyəti uzun müddət araşdırılıb, dəfələrlə Eldar Mahmudova baş verənlərlə bağlı xəbərdarlıq edilib. Nazirə hətta konkret faktlar üzrə törədilən cinayətlərin arxasında onların durduğu ilə bağlı şübhələr çatdırılıb. Məsələ o yerə çatıb ki, prosesə Azərbaycanın Prezidenti şəxsən müdaxilə etməli olub.
Bəzi KİV sensasion çıxışlar edərək, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları və Azərbaycan Baş Prokurorluğunun Milli Təhlükəsizlik Nazirliyində müştərək əməliyyat aparmalarına dair xəbər yayıblar.
Operativ əməliyyatlar nəticəsində MTN-in Monitorinq mərkəzinin əməkdaşları əsasən general-mayor Teymur Quliyev, antiterror mərkəzinin rəis müavini İlqar Quliyev, MTN-in Monitorinq mərkəzinin əməkdaşı Natəvan Məmmədova saxlanılıb.
Hal-hazırda saxlanılan şəxslər MTN-nin təcridxanasındadırlar, Monitorinq mərkəzi möhürlənib, istintaq aparılır.
MTN-in sabiq rəhbərinə gəldikdə isə, etibarlı mənbələrin məlumatına əsasən, hal-hazırda Eldar Mahmudov öz evində faktiki olaraq ev dustağıdır.
Bundan başqa, MTN-in daha iki yüksək vəzifəli generalı saxlanılıb, yerli KİV bildirib.
Məlumata müvafiq olaraq, MTN-in birinci nazir müavini, general-leytenant Hilal Əsədov, general-mayor Akif Çovdarov və digər generallar ev həbsindədirlər.
Əsədovdan başqa MTN-in aparatının rəhbəri Fərhad Vahabov da saxlanılıb.
Baş Prokurorluqda Hilal Əsədovun və Fərhad Vahabovun saxlanılması barədə xəbəri nə təsdiq, nə də təkzib etdilər.
KİV qeyd edib ki, bu ərəfədə MTN-də qayda pozuntularını və səlahiyyətdən istifadə faktlarını üzə çıxarmaq istiqamətində Baş Prokurorluğun istintaq qrupu işləməyə başlayıb. Binada hətta Baş prokurorun müavini Rüstəm Usubov və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi də görünüb. Qrupa Milli Təhlükəsizlik Nazirliyinin sabiq müavini, Baş Prokurorluq yanında Rüşvətxorluqla Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyev rəhbərlik edir.
Hüquq-mühafizə orqanlarının nümayəndələri, Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən MTN-də aparılan xüsusi əməliyyatı şərh etmirlər, bu da şayiələr doğurur.
Hal-hazırda bu iş Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir. Vesti.Az-a məlum olub ki, bu gün saxlanılan Teymur Quliyevin oğlunun toyudur. Əldə olan məlumata əsasən, yaxın saatlarda baş verənlər barədə rəsmi məlumat yayılacaq.
///Oxu.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Jurnalist “Birlink” internet provayderindən şikayətçidir: “Pullarım hara yoxa çıxdı?”
15:24 02.10.2025
Jurnalist “Birlink” internet provayderindən şikayətçidir: “Pullarım hara yoxa çıxdı?”
İmişlidə deputata hörmətsizlik edildi: “Bu özümə yox, dövlətin ali orqanına hörmətsizlikdir”
15:20 02.10.2025
İmişlidə deputata hörmətsizlik edildi: “Bu özümə yox, dövlətin ali orqanına hörmətsizlikdir”
“Yeni Zelandiya” yağları və balıq kürüləri ilə bağlı - XƏBƏRDARLIQ
15:15 02.10.2025
“Yeni Zelandiya” yağları və balıq kürüləri ilə bağlı - XƏBƏRDARLIQ
Tokayev Durovla görüşdü
15:07 02.10.2025
Tokayev Durovla görüşdü
Azərbaycan–İtaliya Strateji Tərəfdaşlığı: Siyasi, iqtisadi və humanitar müddəalar
15:03 02.10.2025
Azərbaycan–İtaliya Strateji Tərəfdaşlığı: Siyasi, iqtisadi və humanitar müddəalar
Saxta medal paylayan QHT sədri ilə bağlı yeni fakt – Türkmənistan prezidentinə də medal veribmiş
14:49 02.10.2025
Saxta medal paylayan QHT sədri ilə bağlı yeni fakt – Türkmənistan prezidentinə də medal veribmiş
Binəqədidə “Konstitusiya və Suverenlik İli: Təhsil və Gələcək Nəsillər” adlı təhsil konfransı keçirildi - FOTOLAR
14:48 02.10.2025
Binəqədidə “Konstitusiya və Suverenlik İli: Təhsil və Gələcək Nəsillər” adlı təhsil konfransı keçirildi - FOTOLAR
“Şəhidlik Dastanı” adlı kitab işıq üzü gördü - FOTOLAR
14:44 02.10.2025
“Şəhidlik Dastanı” adlı kitab işıq üzü gördü - FOTOLAR
"Süni intellekt və musiqinin vəhdəti" adlı layihəsi keçirildi - FOTOLAR
14:21 02.10.2025
"Süni intellekt və musiqinin vəhdəti" adlı layihəsi keçirildi - FOTOLAR
Taksi aeroportdan şəhərə 35 manat istədi - AYNA-dan açıqlama + VİDEO
13:57 02.10.2025
Taksi aeroportdan şəhərə 35 manat istədi - AYNA-dan açıqlama + VİDEO
Zelenski: Rusiya hələ də sanksiyaya məruz qalmış tankerlərdən istifadə edir
13:52 02.10.2025
Zelenski: Rusiya hələ də sanksiyaya məruz qalmış tankerlərdən istifadə edir
Murad Arif Mənzurənin mahnısını oxuyacaq
13:47 02.10.2025
Murad Arif Mənzurənin mahnısını oxuyacaq
Səbinə Ərəbli Bakıdan köçdü
13:32 02.10.2025
Səbinə Ərəbli Bakıdan köçdü
Elarizin kürəkəninin 12 il həbsi tələb edildi
13:28 02.10.2025
Elarizin kürəkəninin 12 il həbsi tələb edildi
Edi Rama Makronla zarafatlaşdı - “Azərbaycanla Albaniyanı da təbrik edin” - VİDEO
13:26 02.10.2025
Edi Rama Makronla zarafatlaşdı - “Azərbaycanla Albaniyanı da təbrik edin” - VİDEO
İsrail komandası önəmli yarışdan kənarlaşdırıldı
13:03 02.10.2025
İsrail komandası önəmli yarışdan kənarlaşdırıldı