"MTRŞ bəlkə öz-özlüyündə müsbət qurum ola bilərdi, lakin bu qurumun başında duran məmurlar ..."
Bütün Xəbərlər
19:52 22.01.2016
1860
"Milli Televiziya və Radio Şurası ilə ANS televiziyası arasında problem uzun müddətdir yaranıb. Bu, o vaxt olub ki, ANS milli serialların çəkilməsi üçün dövlət tərəfindən ayrılan vəsait barədə MTRŞ-ya suallar ünvanladı. Hətta məktub da göndərdik. Amma MTRŞ bundan yayındı".AZXEBER.COM-un məlumatına görə, bu sözləri ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru, “Hesabat” verilişinin aparıcısı Mir Şahin Ağayev bu gün keçirilən mətbuat konfransında deyib.O bildirib ki, milli serialların çəkilməsi üçün dövlət tərəfindən ANS-ə 40 min manat ayrılmışdı."MTRŞ bununla bağlı göndərdiyimiz məktuba cavab vermək əvəzinə ANS-ə xəbərdarlıq və məzəmmətlər etməyə başladı. MTRŞ-nin qəbul etdiyi qərarlar adətən ANS-lə bağlı olub. Düzdür, Şura başqa kanallarla da bağlı qərarlar qəbul edib, ancaq əsasən ANS barədə qərarlar verib, qadağalar qoyub. Azərbaycan prezidentinin söz azadlığı və demokratiya ilə bağlı atdığı addımlar göz önündədir. MTRŞ bəlkə öz-özlüyündə müsbət qurum ola bilərdi, lakin bu qurumun başında duran məmur və ya məmurlar buna imkan vermir. Biz qanun çərçivəsində sabah məhkəməyə müraciət edəcəyik", - deyə Mir Şahin Ağayev bildirib.