Milli Televiziya və Radio Şurasının monitorinq şöbəsinin sədri Təvəkkül Dadaşov ANS Televiziyasının efirində yayımlanan “Adam içində” verilişini sərt tənqid edib.
AZXEBER.COM xəbər verir ki, şöbə müdiri bu barədə öz facebook səhifəsində qeyd edib .
“Adam içində” verilişi artıq “qırmızı xətt”i keçmək üzrədi. Veriliş cəmiyyətdə harda anormal hal varsa, onu müzakirəyə çıxarır. Məsələn, dünən - 03 mart tarixində ərin arvadına xəyanəti, ona işgəncə verməsi, ərli qadının başqa kişiyə qoşulub qaçması, kişinin başqasının arvadını qaçırması ilə bağlı konkret şəxslərin timsalında müzakirələr aparıldı. 24-25 fevral tarixində isə zorlama faktı üzərində müzakirə açılmışdı.
Sual oluna bilər ki, hansısa əxlaqsızın, tərbiyəsizin həyat tərzi, işdəkləri cəmiyyətin nəyinə lazımdır? Ümumiyyətlə, verilişin məqsədi nədir? Əgər məqsəd belə halların aradan qaldırılmasına dəstəkdirsə, buna nail olunacağı inandırıcı deyil. Çünki belə hallar həmişə olub və olacaq. Əksinə efir vasitəsilə ictimailəşdirmək eybəcərliklərin adiləşməsinə və bir növ təbliğinə rəvac verə bilər. Başqa sözlə, antireklam da reklamdı...
Verilişdə hətta bəzən ekspertlər tərəfindən təhqirlərə də yol verilir. Məsələn, 02 fevral tarixində ekspert Kübra Əliyeva (aktrisa) problemi müzakirəyə çıxarılmış qadını belə aşağılamışdı: “Bilirsən səni niyə təhqir edirəm? Ayaq üstə dura bilmirsən, qələt eləyib uşaq doğmusan...sən qələt eləyib evli kişi ilə yatmısan”.
Bu hallar “Adam içində” verilişinin əslində müsbət missiyasına xələ gətirir. Belə ki, verilişdə sosial problemləri olan insanlara dəstək istiqamətində müəyyən işlər görülür. Xüsusilə həftənin cümə günləri veriliş tamamilə vətəndaşaların işlə təmin olunmasına həsr olunur. Bu, orijinal layihədir. Ancaq müzakirəyə çıxarılan bir sıra neqativ mövzular bu müsbət işlərin üzərinə kölgə salmaqdadır".
Günel