“Efirlə konsert səhnəsi fərqli məkanlardır”
Milli Televiziya Radio Şurası (MTRŞ) Xəzər TV-nin efirində canlı yayımlanan “Hər şey daxil” veriulişində aparıcılar Sevinc və Sevil efirdə Azərbaycanın milli valyutasını manatı cırıblar. Bu məsələ ilə bağlı AZXEBER.COM-un MTRŞ-ya rəsmi müraciətinə cavab olaraq qurumun mövqeyi belə olub:
“Efirində qanun pozuntusuna az-az rast gəlinən XƏZƏR TV-nin aparıcısının efirdə milli valyuta vahidini cırması haqlı narazılıq doğurub. Aparıcının bu hərəkəti ən azından milli-mənəvi dəyərlərə ziddir. Həmçinin bu hal bir daha peşəkarlıq problemini aktuallaşdırır. Belə ki, bəzən telekanallar şou-biznes təmsilçilərini veriliş aparıcısı kimi dəvət edirlər. Bu isə heç də həmişə uğur gətirmir. Çünki efirlə konsert səhnəsi fərqli məkanlardır.
Müğənnilər və digər şou təmsilçiləri öz işlərində nə qədər peşəkar olsalar da, televiziya aparıcısı olmaq üçün xüsusi hazırlıq tələb olunur və bu işi öyrənmək zaman alır.
Digər tərəfdən, baş verən hal canlı yayıma nəzarət etmək üsulları barədə də məsələni gündəmə gətirir. Hazırda bəzi yayımçılar bu üsulları tapıb və tətbiq edirlər. Lakin bütün hallarda bu işləri icra edən kadrların peşəkarlığı çox vacibdir”.
Orxan