Muğamımızın növbəti uğuru

MƏDƏNİYYƏT
14:55 10.01.2012
2175

Bir milyondan çox dinləyici auditoriyası olan BBC3 radiosunun növbəti layihəsində iki azərbaycanlı sənətçinin adı hallanır.

AZXEBER.COM-un məlumatına görə, bunlar xalq artistiAlim Qasımovvə qızı, əməkdar artistFərqanə Qasımova, eyni zamanda son illər uzaq ölkələrin səhnələrində uğurlu çıxışlar edən xanəndəQoçaq Əsgərovdur. Q.Əsgərov xəbər verir ki, BBC3 radiosu ifası sevilən və ən çox dinlənilən dünyaca yaxşıların ifasını ikili diskə toplayaraq onu satışa çıxarıb. Bu satış dünyanın əksəriyyət ölkələrində təşkil edilib.Qısa zamanda dinləyici tələbatını nəzərə alan təşkilat komitəsi diskin 6 aydan bir tirajını artırmağa qərar verib. Xanəndənin əlavəsinə görə, radio nümayəndələri ilə onun tanışlığı 2007-ci ilə təsadüf edir. Bakıda səfərdə olan bir qrup şəxs azərbaycanlı ifaçını dinlədikdən sonra onun ifasını elə burada lentə yazdırır. Diski dinləyənlər Alim Qasımov və Fərqanənin ifasında iki xalq mahnısı, Qoçaq Əsgərovun ifasında isə "Ay qız" xalq mahnısı və "Şahnaz" muğamını dinləyirlər. Hələlik həmin buraxılışdan bir diskə sahib olan gənc xanəndə onun ölkəmizdə satışının təşkil ediləcəyinə ümid edir.

OXŞAR XƏBƏRLƏR