xari

“Muğan Bank”ın zərəri getdikcə böyüyür - CƏDVƏL

İQTİSADİYYAT
17:03 03.03.2021
440

2020-ci ilin yekun hesabatını açıqlamayan "Muğan Bank”ın 2019-cu ilin sonuna olan yığılmış zərəri (defisiti) 67 milyon 730 min manat olmuşdu. 2020-ci ilin sonunda isə bankın vergilər ödənilənədək olan mənfəəti 707 min manat olub. Bu isə bankın bölüşdürülməmiş mənfəətində olan (- 23 milyon 679 min manata) göstəriciyə ciddi təsir göstərməyəcək. Nəticədə mənfəət vergisini vermədiyinə görə "Muğan Bank”ın bölüşdürülməmiş mənfəəti 22 milyon 972 min manatdan çox olacaq.

AZXEBER.COM Valyuta.Az-a istinadən xəbər verir ki, bankın açıqladığı hesabata görə 2020-ci ilin sonunda "Muğan Bank”ın bölüşdürülməmiş mənfəəti 1 il ərzində 707 min manat azalıb.


Cədvəldə də qeyd olunduğu kimi "Muğan Bank”ın yığılmış zərəri 4 il ərzində 48 milyon 534 min manat artaraq 67 milyon 730 min manata çatıb. Buna baxmayaraq bankın kapitalı isə 4 il ərzində 21 milyon 493 min manat azalaraq 35 milyon 836 min manata düşüb. 

Qeyd edək ki, Bankda yerləşdirilən depozitlərin həcmi 56 milyon 40 min manat və ya 16,7% azalaraq 278 milyon 681 min manata düşüb. Bu da bankın cəmi öhdəliklərinin 69 milyon 70 min manat və ya 12% azalaraq 504 milyon 27 min manata düşməsinə səbəb olub. Deopzit portfelinin azalmasında hüquqi şəxslərin 27,3%, fiziki şəxlərin isə 12,5% payə var. Yəni, "Muğan Bank”da hüquqi şəxslərin depozitləri 26 milyon 67 min manat, fiziki şəxslərin depozitləri isə 29 milyon 973 min manat azalıb.

OXŞAR XƏBƏRLƏR