Müasir və qüdrətli Azərbaycan tarixinin başlandığı gün

Müasir və qüdrətli Azərbaycan tarixinin başlandığı gün
GƏNCLİK
02:25 16.06.2013
1518
Tərlan SəfərovYeni Azərbaycan Partiyası (YAP) Xətai rayon Gənclər Birliyinin İdarə heyətinin üzvüŞəxsiyyətmi tarixi yaradır, tarixmi şəxsiyyəti? Bu sual ətrafında debatlar, forumlar, müzakirələr həmişə olub və belə görünür ki, bundan sonra da olacaq. Verilən cavablardan belə nəticə hasil olub ki, bu iki amilin bir-biriylə bağlılığına üstünlük verənlər daha çoxdur. İkinci yerdə şəxsiyyət faktoruna önəm verənlər gedir. Tarixin şəxsiyyət yaratması qənaətini bölüşənlər isə azlıq təşkil edirlər.Danılmaz gerçəklikdir ki, tarixin Buz Dövrünü insan yaratmayıb. Məlumdur ki, indiki Yəmən ərazisində mövcud olmuş qədim Səba xalqı sivilizasiyasının məhvinə Marib bəndini dağıdan sel fəlakəti səbəb olub. Keçmişdə xalqların, millətlərin sayı o qədər az, kompakt yaşadıqları coğrafi ərazi o qədər kiçik olub ki, bəzən güclü zəlzələ, sunami kimi təbii fəlakətlər, epidemiyalar onların tarix səhnəsindən silinməsinə gətirib çıxarıb.Bu sadalananlar ilk baxışda tarixin insan amilindən asılı olmadan yaranmasına bariz nümunə kimi görünə bilər. Amma burada iki nüansa diqqət yetirmək lazımdır. Tarixin öz gəmisini nəhayətsiz okeanın təlatümlü sularında məharətlə idarə edib arzuolunan sahilə çatdıran kapitanlar (Nuh əfsanəsini xatırlayaq), yeni dünyalar kəşf edən səyyahlar, böyük imperiyalar quran fatehlər, mədəni-mənəvi inqilablar edən peyğəmbərlər tərəfindən yaradılması, yazılması başa düşüləndir. Digər tərəfdən, tarixdə hətta mövcudluğunu bitirmiş qövm kimi qalmaq üçün də xalqların parlaq bir iz salması lazımdır. Məsələn, yuxarıdakı sətirlərdə adını çəkdiyim Səba xalqı tarixdə məhz ona görə qalıb ki, antik dövr üçün möhtəşəm bir yenilik olan mühəndis qurğusunu - Marib şəhərindəki nəhəng bəndi inşa edib, demək olar ki, səhralıqda irriqasiya sisteminə malik kənd təsərrüfatı yaratmışdı.Bu nöqteyi-nəzərdən Heydər Əliyevin göstərdiyi xidmətin, gördüyü işin birinci və ən əhəmiyyətli cəhəti Azərbaycanı dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etməsidirsə, digər mühüm xidməti Azərbaycan xalqının dünya tarixində gələcəkdə daha dərin izlər salması, əvvəlkilərlə müqayisədə daha möhtəşəm nailiyyətlər qazanması üçün əsaslar yaratması olmuşdur. Özü də respublikamızın əvvəlki nailiyyətləri sovet imperiyasının aktivinə yazılırdısa, indiki uğurlarımızın altında yalnız bir imza var: Müstəqil Azərbaycan."Sabitlik hər bir inkişafın əsasıdır" deyən Ulu Öndər Heydər Əliyev hərc-mərcliyin, özbaşınalığın, anarxiyanın baş alıb getdiyi o illərdə ölkədə sabitliyi, normal həyat şəraitini bərpa etmək, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan, müharibə şəraitində yaşayan respublikanı böhrandan xilas etmək üçün ciddi addımlar atdı. Bu gün özlərini müxalifət adlandıran və o vaxt hakimiyyətdə olan AXCP və Müsavat cütlüyünün yarıtmaz siyasəti nəticəsində 1992-1993- cü illərdə vətəndaş müharibəsi baş qaldırmışdı. Hadisələrin gərginləşdiyi bir dövürdə xalqın ümid yeri olan Ulu Öndər Heydər Əliyevi xalq tələb və təkidi ilə 1993-cü ildə hakimiyyətə gətirdi. Həmin gündən ölkədə sabitlik bərpa olunmaga başladı. 1994-cü ilin mayında Ümummilli Liderin gərgin səyləri sayəsində atəşkəsin əldə olunması, sonrakı aylarda ölkə daxilindəki qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi respublikamızın bütün sahələrdə inkişafına geniş zəmin yaratdı.Məhz Heydər Əliyev özünün müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli-dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Ümummilli Liderin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.Ölkəmizdə müasir demokratik hüquqi və dünyəvi dövlət quruculuğu vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Əsas qanunumuz olan Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsiplərinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Heydər Əliyevin xidmətləridir.Azərbaycanda hakimiyyətə qayıtdığı 1993-cü ildən etibarən Heydər Əliyevin rəhbərliyi altında qazanılan və Onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən nailiyyətləri bir-bir sadalamaq fikrindən uzağam. Bütün bunları az öncə Ulu Öndərimizin anadan olmasının 90 illik yubileyini qeyd edərkən xatırladıq, Ümummilli Liderimizin Azərbaycan üçün, Azərbaycan xalqı üçün düşərli fəaliyyət yoluna bir daha işıq tutduq. Bir daha təsdiqlədik ki, dostlarımızı sevindirəcək, düşmənlərimizi xar edəcək qədər müvəffəq olduğumuz qalibiyyətlərimizin, əldə etdiyimiz nailiyyətlərimizin təməli məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Biz həmin nailiyyətlərə layiq olduğumuzu, onların ardının gəlməsində maraqlı olduğumuzu məhz Heydər Əliyev siyasi kursunu dəstəkləməklə sübuta yetirə bilərik.Bundan ötrü növbəti fürsət oktyabrda keçiriləcək prezident seçkiləridir. Tərəqqipərvər Azərbaycan vətəndaşları, şəksiz ki, ölkəmizi inkişafa, xalqımızı firavanlığa doğru aparan liderə - İlham Heydər oğlu Əliyevə səs verəcək, Onun ətrafında səfərbər olunacaqlar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
15:33 17.06.2025
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
Bu şənbə rəsmi iş günüdür
15:18 17.06.2025
Bu şənbə rəsmi iş günüdür
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
14:37 17.06.2025
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
14:34 17.06.2025
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
Azərbaycan əhalisinin sayı açıqlandı
14:31 17.06.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
14:28 17.06.2025
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
14:16 17.06.2025
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR
14:06 17.06.2025
20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi
14:02 17.06.2025
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi