Xəbər verdiyimiz kimi, bu gün Vətən uğurunda qurban gedən iki şəhid əskərimizin torpağa tapşırıldığı tarixdir.Düz bir il əvvəl bütün Azərbaycan Milli qəhrəman Mübariz İbrahimov və zabitimiz Fərid Əhmədovu göz yaşları, amma qürurla torpağa tapşırdı. Gizir Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuşdular.Bu gün gənclər, şəhidlərimizin ailə üzləri onların məzarını ziyarət edib.


